Modern.az

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ  

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ   

Aktual

23 Oktyabr 2018, 16:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq yayıb.

Qurumdan Modern.az-a verilən xəbərdarlıqda deyilir:

“Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.  

Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır