Modern.az

Zərdabda yol qəzası - 1 nəfər öldü

Zərdabda yol qəzası - 1 nəfər öldü

Aktual

24 Oktyabr 2018, 09:15

Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1964-cü il təvəllüdlü Əhmədov Əjdər Şəmkir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!