Modern.az

Bakıda 18 yaşlı gəlin itkin düşdü

Bakıda 18 yaşlı gəlin itkin düşdü

Aktual

24 Oktyabr 2018, 09:56

Bakıda gəlin itkin düşüb.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

 

Biləcəri qəsəbəsi, 5-ci döngə, nömrəsiz fərdi yaşayış evində yaşayan 1996-cı il təvəllüdlü İsmayılov Vaqif Həsənxan oğlu Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 23-də saat 13 radələrində onunla birlikdə yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əsədullayeva Gülnarə Atabala qızı yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı polis araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır