Modern.az

Ucarda dəhşətli qəza - ər və arvadı öldü

Ucarda dəhşətli qəza - ər və arvadı öldü

Aktual

24 Oktyabr 2018, 12:39

Ucar rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır