Modern.az

İngilis dili müəllimlərinin şikayətləri dinlənildi

İngilis dili müəllimlərinin şikayətləri dinlənildi

Aktual

24 Oktyabr 2018, 12:43

Ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri üçün xarici dilin tədrisində “Dinləyib-anlama” məzmun xətti ilə bağlı seminar keçirilib.

 

Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib. 

 

Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarın əsas məqsədi ingilis dili fənninin “Ddinləyib-anlama” məzmun xətti üzrə standartlarının reallaşdırılması zamanı müəllimləri düşündürən məsələlərin həlli istiqamətində onlara metodiki dəstək göstərməkdir.

 

Seminarda “Dinləyib-anlama” məzmun xətti üzrə şagirdlərin sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq kimi bacarıqlarının yoxlanılması ilə bağlı standartlara uyğun nümunələr təqdim olunub.

 

Şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə verilən tapşırıqların icrasında ehtiyac yarandıqda müəyyən avadanlıqlardan, audiomateriallardan istifadə etmək barədə seminar iştirakçılarına məsləhətlər də verilib. Həmçinin tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, ingilis dili müəllimlərinin rəy və təklifləri dinlənilib.

 

Xarici dilin daha mükəmməl mənimsənilməsi üçün şagirdlərin dinləyib-anlama bacarığının inkişaf etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib, müəllimlərin sualları cavablandırılıb.

 

Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı