Modern.az

Qaradağda şirkətdən oğurluq edənlər tutuldu

Qaradağda şirkətdən oğurluq edənlər tutuldu

Aktual

25 Oktyabr 2018, 15:08

Oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus “Hovo” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən 2 nəfər orada xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

38-ci Polis Bölməsində aparılan araşdırmalarla onların Bakı şəhər sakinləri Vaqif Fərəcov və Amid Əliyev olduqları müəyyən edilib.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı