Modern.az

Nazirlik qanunsuz ağac kəsimini araşdırdı

Nazirlik qanunsuz ağac kəsimini araşdırdı

Aktual

25 Oktyabr 2018, 20:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub. Nazirlikdən Modern.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkarlanmayıb.

 

Araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib.

 

Qeyd edək ki, 2017-ci ilin fevral ayında Nazirliyin əməkdaşları tərəfindən Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında 4 ağacın kəsildiyi faktı aşkar olunub. Araşdırma zamanı ağacların “Green servis” MMC tərəfindən kəsildiyi məlum olub və barəsində akt tərtib edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!