Modern.az

“Qarabağ”dan üçüncü məğlubiyyət - YENİLƏNİB

“Qarabağ”dan üçüncü məğlubiyyət - YENİLƏNİB

Aktual

25 Oktyabr 2018, 22:49

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” “Vorskla”  qarşılaşması yekunlaşdı. Modern.az xəbər verir ki, “Qarabağ” ardıcıl 3-cü oyununda da yaşıl meydanı məğlubiyətlə tərk edib.

Belə ki, oyunun 48-ci dəqiqəsində rəqib komandanın oyunçusu Vladislav Kulaçın “Qarabağ”ın qapısına vurduğu qol yeganə olub: 0:1

 

Qeyd edək ki, “E” qrupunun Portuqaliyada keçirilən “Sportinq” - “Arsenal” görüşü ingilislərin 1:0 hesablı qələbəsi ilə bitib. Bu nəticə ilə “Arsenal” 9 xalla qrup birincisidir. Hesabında xal olmayan “Qarabağ” isə qrupda sonuncu yerdə qərarlaşıb. 

 

22:00

 

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” “Vorskla”  qarşılaşmasında hesab açıldı. Modern.az xəbər verir ki, oyunun 48-ci dəqiqəsində rəqib komandanın oyunçusu Vladislav Kulaçın “Qarabağ”ın qapısına endirdiyi zərbə qolla nəticələnib: 0:1

 

21:47

 

 

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” “Vorskla”  qarşılaşmasının ilk hissəsi yekunlaşıb. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.

Qeyd edək ki, “E” qrupunun Portuqaliyada keçirilən “Sportinq” - “Arsenal” görüşündə də ilk hissə qolsuz bərabərliklə bitib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı