Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

25 Oktyabr 2018, 23:40

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 78,06 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,4 dollar/barel azdır. Modern.az  xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 24-də 73,54 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 24-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı