Modern.az

Putin sabah Krıma gedir

Putin sabah Krıma gedir

Aktual

22 Noyabr 2018, 19:13

Rusiya prezidenti Vladimir Putin sabah Krıma gedəcək və Yalta şəhərində Dövlət Şurası Rəyasət Heyətinin geniş iclasını keçirəcək.

 

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda informasiya Kremlin saytında yerləşdirilib.

 

Məlumatda deyilir ki, iclasın gedişatı zamanı dövlət başçısının may ayında verdiyi fərmanda yer alan müəyyən vəzifələrin icrası məsələlərinə baxılacaq: "İclasda, həmçinin Putinin region rəhbərləri ilə qeyri-rəsmi dialoqu olacaq. Nəticədə isə milli məqsədlərə və strateji məsələlərin həllinə nail olmaq üçün səmərəli iş qurmağın yolları aranacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə