Modern.az

“Jiquli” beton maneəyə çırpıldı

“Jiquli” beton maneəyə çırpıldı

Aktual

23 Dekabr 2018, 20:34

Yevlax-Bərdə rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, yolun Yevlax ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

 

Nəticədə 2 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Bundan əvvəl Goranboy rayonunda maşın traktorun qoşqusuna çırpılıb.

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz