Modern.az

Şəkidə sirkə turşusu içən qadın zəhərləndi

Şəkidə sirkə turşusu içən qadın zəhərləndi

Aktual

2 Fevral 2019, 22:57

Şəkidə zəhərlənmə hadisəsi baş verib. Modern.az "Report"a istinaən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

 

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub.

R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz