Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya başçısı Vladimir Putinlə fevralın 14-də görüşəcəyini bəyan edib. Modern.az xəbər verir ki, Ərdoğan görüşün Soçi şəhərində keçiriləcəyini açıqlayıb.
Məlumata görə, görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.