Modern.az

Ermənistanda “donuz qripi”ndən daha bir ölüm  

Ermənistanda “donuz qripi”ndən daha bir ölüm   

Aktual

5 Fevral 2019, 08:56

Ermənistanda “donuz qripi”ndən daha bir ölüm hadisəsi baş verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, A(H1N1) virusunun budəfəki qurbanı bir qadındır. Bu məlumat Ermənistan Səhiyyə Nazirliyi tərəfindən də təsdiqlənib.

 

Bununla belə, Səhiyyə Nazirliyinin məlumatına görə, Ermənistanda kəskin respirator virus infeksiyalarının azalması müşahidə olunur. 4 fevral tarixindəki məlumatlara görə, 1270 nəfər klinikalara müraciət edib; 781 nəfər xəstəxanalara yerləşdirilib, onların 92,8 faizi uşaqdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı