5 fevral 2019-cu il tarixində Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı bu gün saat 16:00-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunda (Akademiya şəhərciyi, H. Cavid prospekti 119 Geologiya və Geofizika İnstitutunun yaxınlığında) AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat nümayəndələri üçün brifinq keçirəcək.
Mərkəzdən Modern.az-a bildirilib ki, baş verən zəlzələlər, bölgədəki hazırki vəziyyət və digər bütün bu kimi suallara brifinqdə aydınlıq gətiriləcək.