Modern.az

Bakıda taksi sürücüsünü hədələyən 3 nəfər tutuldu

Bakıda taksi sürücüsünü hədələyən 3 nəfər tutuldu

Aktual

6 Fevral 2019, 12:09

Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub


DİN Mətbuat Xidmətindən Modern.az-a
verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.


31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

         
Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.

         
Suraxanı RPİ tərəfindən araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...