Bizim milli qəhrəmanlarımızı yad etməyimiz də qəribədir. Hansınısa daha çox işıqlandırır, hansınısa kögədə saxlayırıq. Amma status baxımından onların hər biri eyni zirvədə yer alıblar.
Fevralın 7-si üç milli qəhrəmanımızın doğum günüdür. Qəhrəmanlar əbədiyaşar insanlardan olduqlarına görə onları sağlıqlarında olduğu kimi doğum günlərində təbrik etmək olar...
Bəli, fevralın 7-sində "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş- Nazim Quliyevin 54, Nazim Babayevin 44, Mübariz İbrahimovun isə 31 yaşları tamam olur...
Mövludunuz mübarək, Azərbaycanın qəhrəman oğulları!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan