Modern.az

ABŞ səfirliyi “FilmAkt Festivalı”nı maliyyələşdirib

ABŞ səfirliyi “FilmAkt Festivalı”nı maliyyələşdirib

Aktual

6 Fevral 2019, 13:36

“FilmAkt Qısametrajlı Sənədli Film” Festivalının bağlanış mərasimi 5 fevral tarixində “Ləndmark” otelində keçirilib.

 

Modern.az-ın məlumatına görə, həmin tədbirdə dəyərli layihələr arasından seçilmiş qalib filmlər mükafatlandırılıb.

 

Festivalın ən yüksək prizini Pərviz Məcidov, Elnur Musayev, Gülnar Əskərinin “Alzheimer” filmi qazandı. 2-ci yeri Sərxan Nəciyev, Gulər Rzayeva və Saray Cəlilova tərəfindən kəçilmiş “Plus 1” filmi, 3-cü yeri isə Günay Nəsirova, Vüsal Mehdizadə, Minarə Kərimova və Bəxşeyiş Rəhimov tərəfindən hazırlanmış “Tələ” filmi qazandı.

 

Bu filmlərdə gender əsaslı ayrı-seçkilik, əllilərin haqları, əqli sağlamlıq kimi vacib mövzular əks olunub.

Üç günlük tədbir ABŞ-n Azərbaycandakı səfirliyinin və “Bakı İdeaLab”ın maliyyə dəstəyi ilə “Y-PEER Azerbaijan“ təşkilatı tərəfindən həyata keçirilib.

Bu layihə gənclərə yaradıcı şəkildə film çəkmək bacarıqlarını təkmilləşdirmək, sosial şəbəkələşmə və icma quruculuğu qabliyyətlərini artırmaq imkanı vermiş, səsi eşidilməyənlərin səslərini insanlara çatdırmaqla öz icmalarına töhfə vermək üçün gəncləri gücləndirib. 

 

“Y-PEER Azərbaycan” şəbəkəsinin mütəxəssisləri Bərdə, Balakən və Bakıda yaşayan 45 gəncə 2018-ci ilin sentyabr-noyabr aylarında təlimlər keçiblər. Təlim iştirakçıları qazandıqları yeni təcrübədən bəhrələnərək işə başlayıb, plan tərtib edib və 10 film çəkiblər.

 

Sabunçu və Xəzər Gənclər Evi, “ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiyasiyası” və “Ləndmark” otel də “FilmAkt Festivalı”na dəstək göstəriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı