“Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin müəyyən ölçüdə azaldılmasına nail olunub”.
Modern.az-ın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, beynəlxalq vasitəçilərin və region dövlətlərinin birgə səyləri ilə son aylar təmas xəttində gərginliyi azaltmaq mümkün olub.
“Bu vasitəçilər və region dövlətləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair sonrakı işlər üçün zəruri olan dialoqu fəallaşdıra biliblər”-deyə o bildirib.
KTMT rəsmisi qeyd edib ki, aAzərbaycan və Ermənistan rəhbərlərinin müntəzəm xarakter almış görüşləri etimadın möhkəmləndirilməsinə və sülh prosesi üçün şəratin yaradılmasına yönəlmiş tədbirlərin görülməsinə dair müəyyən razılaşmaların əldə edilməsinə imkan yaradıb.
Sidorov onu da söyləyib ki, təhlükəsizlik regionunda mürəkkəb vəziyyət qalmaqdadır.
“Bu situasiya ilk növbədə region sərhədləri boyu yüksək münaqişə potensialının olması, habelə ABŞ və Qərbin regionda mövqelərini möhkəmləndirmək səyləri ilə bağlıdır.