Modern.az

Şəkidə yol qəzası baş verib, yaralananlar var

Şəkidə yol qəzası baş verib, yaralananlar var

Aktual

6 Fevral 2019, 18:43

Şəki rayonunda yol qəzası baş verib. 

 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəki rayonunun İbrahim kənd sakini, 1994-cü il təvəllüdlü Simral Rüfət oğlu Mirzəmmədov idarə etdiyi “Ford” markalı minik avtomobilini yol kənarındakı ağaca vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Rəvan Rafiq oğlu Əhmədli və Şəki şəhər sakini 1993-cü il təvəllüdlü Yasin Şahin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan Y.Sadıqov daha sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralılar - S.Mirzəmmədov və R.Əhmədlinin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!