Modern.az

İstanbulda bina çökdü: 43 nəfər dağıntılar altında qalıb - YENİLƏNİB

İstanbulda bina çökdü: 43 nəfər dağıntılar altında qalıb - YENİLƏNİB

Aktual

6 Fevral 2019, 21:17

İstanbulda çökən bina ilə bağlı yeni məlumatlar açıqlanıb. Modern.az xəbər verir ki, çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub.

 

Birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.

 

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

 

***

 

Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb.

 

Modern.az-ın məlumatına görə, dağıntılar altında qalanlar var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son məlumatlara əsasən, hadisə nəticəsində bir nəfər ölüb, dağıntılar altından isə bir nəfər xilas edilib.

 

Ümumilikdə binada 12 ailənin yaşadığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı