Modern.az

Venesuelada hərbi təlim zamanı vertolyot düşdü - Yaralılar var

Venesuelada hərbi təlim zamanı vertolyot düşdü - Yaralılar var

Aktual

6 Fevral 2019, 19:44

Venesuelanın Koxedes ştatında hərbi təlimlər zamanı silahlı qüvvələrə məxsus vertolyot qəzaya düşüb.

 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 5 hərbçi yaralanıb. İnsident “ABŞ-ın silahlı təzyiqini dəf etmək üçün” keçirilən təlimlər zamanı baş verib. Qəzanın səbəbi bilinmir. 

Yaralılara ilkin tibbi yardım göstərilib. Onlara kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyyəsinin zədələnməsi diaqnozu qoyulub. Həyati təhlükələri yoxdur.

 

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz