Modern.az

Ukraynada qripdən ölənlərin sayı 30-a çatdı

Ukraynada qripdən ölənlərin sayı 30-a çatdı

Aktual

6 Fevral 2019, 19:54

Ukraynada son bir həftədə qripdən iki nəfər həlak olub. Bu barədə Ukraynanın Səhiyyə İctimai Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, epidemioloji mövsüm başlayandan bəri Ukraynada qripdən 30 nəfər ölüb. Onlardan 4-ü 17 yaşa qədər olan uşaqdır. Ölənlərin heç biri qripə qarşı vaksin olunmayıblar.

Ukraynada yanvarın əvvəlindən bu yana 213 min nəfərə yaxın insan qrip virusuna yoluxub. Bunlardan 63 faizə yaxını 17 yaşadək olan uşaqlardır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!