Modern.az

Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır – FOTO, VİDEO

Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır – FOTO, VİDEO

Aktual

6 Fevral 2019, 20:52

Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyəyə yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.  Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

 

Sərt iqlim və çətin relyef şəraitində döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı