“Ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan qətlə yetirilib. Bu hal demək olar ki, bütün bölgələrimizdə baş verib. Soyqırımıları ilə bağlı kifayət qədər sənədlər və faktlar mövcuddur”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev deyib.
Q.Ağayev hesab edir ki, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına 1 kompleksin olması da kifayət edir. Yetər ki, təbliğatı düzgün qurasan:
“Heydər Əliyev Fondu tərəfindən Qubada çox möhtəşəm "Soyqırımı memorial kompleksi" tikilib. Hesab edirəm ki, məzarlıq şüşə altında qalsaydı daha yaxşı olardı. Onun heç bir ziyanı da yox idi. Həmin məzarları oradan götürüb başqa yerdə basdırmağın nə dərəcədə düzgün olduğunu isə bilmirəm. Ancaq cənab Prezident həmin sümüklərin basdırılmağını tapşırıbsa, demək elə məsləhətdir”.