Modern.az

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları zəlzələ bölgəsinə getdilər

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları zəlzələ bölgəsinə getdilər

Aktual

7 Fevral 2019, 14:02

Şamaxı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun tapşırığı ilə cəmiyyətin Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin və İsmayıllı regional mərkəzinin əməkdaşları fevralın 6-da həmin ərazidə olublar.

Cəmiyyətdən Modern.az-a bildirilib ki, ziyan dəymiş bir neçə evə baxış keçirilib.  Zərər çəkmiş insanlarla görüşüb, ehtiyacları qiymətləndirilib və zərurət yarandığı halda lazımi humanitar yardımın ediləcəyini onların diqqətinə çatdırıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...