Modern.az

NATO baş katibi Avropa İttifaqına xəbərdarlıq etdi

NATO baş katibi Avropa İttifaqına xəbərdarlıq etdi

Aktual

7 Fevral 2019, 14:01

NATO baş katibi Yens Stoltenberq “Funke” media qrupuna müsahibəsində deyib ki, Avropa İttifaqı müdafiə məsələlərində NATO ilə rəqabətə girməməli və birtərəfli addımlar atmamalıdır.

Modern.az saytının məlumatına görə, o bildirib ki, Avropanın təhlükəsizliyi transatlantik münasibətlərdən keçir.

"Avropa İttifaqı heç bir halda təkbaşına fəaliyyət göstərəcəyi barədə siqnal verməməlidir. Mən Avropa İttifaqına inanıram, lakin NATO-ya alternativ kimi yox” - deyə baş katib bildirib.

Bununla yanaşı, Stoltenberq hərbi sahədə bütün Avropa səylərini, o cümlədən müdafiə layihələrini maliyyələşdirəcək fond yaratmaq barədə planları alqışladığını vurğulayıb.

Lakin alyansın baş katibi hesab edir ki, bunun NATO-ya rəqabət üçün deyil, onun tamamlayıcı elementi olması vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı