Modern.az

Qazaxıstan “Hyunday” avtomobili istehsal edəcək

Qazaxıstan “Hyunday” avtomobili istehsal edəcək

Aktual

7 Fevral 2019, 20:51

Qazaxıstanın Almata şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək. Modern.az xəbər verir ki, yerli "Astana Motors" şirkəti yaxın vaxtlarda "Hyunday" markalı minik avtomobillərinin istehsalı üçün zavodun tikintisinə başlayacaq.

 

Zavod ilkin olaraq ildə 30 min, daha sonra isə 45 min avtomobilin istehsalını həyata keçirəcək.

 

Bu layihə Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edəcək. İstehsal olunacaq avtomobillərin MDB ölkələrinə ixracı da nəzərdə tutulur.

 

Layihənin investisiya dəyəri 25 milyard ABŞ dolları təşkil edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı