Modern.az

Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək

Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək

Aktual

8 Fevral 2019, 12:36

Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif arasında fevralın sonuna qədər Tehranda görüş keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, görüşün gündəliyinə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanla İran arasında əməkdaşlıq məsələləri daxil ediləcək.

 

Səfirin sözlərinə görə, həmçinin Novruz bayramından sonra üçtərəfli və dördtərəfli, o cümlədən İran, Türkiyə, Azərbaycan xarici işlər nazirlərinin, eləcə də İran, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşlərinin keçirilməsi də planlaşdırılır.

 

Diplomat qeyd edib ki, bununla yanaşı, bu il Moskvada Azərbaycan-İran-Rusiya sammitinin keçirilməsi nəzərdə tutulub.

 

"Rusiya tədbirə ev sahibliyi edəcəyindən sammitin vaxtını Rusiya tərəfi elan edəcək", - C.Cahangirzadə bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı