Rauf Əliyev, Milli Məclisin
Əmək və Sosial Siyasət Komitəsinin
sədr müavini
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda həyata keçirilən siyasi kursun mərkəzində azərbaycan vətəndaşı durur. Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının durmadan daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin “Minumum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli və 07.02.2019-cu il tarixli “ Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamları buna bariz nümunədir.
08.02.2019-cu il tarixli sərəncamla 2019-cu ilin mart ayının 1-dən Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu minumum əmək haqqının hazırkı məbləğindən (130 manat) 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əmək haqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (180 manat) çatdırılmasına nail olunmuşdur. Hesablamalara görə minimum əmək haqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcəkdir. Minimum əmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əmək haqqı 7 dəfə, minimum əmək haqqı isə 6,5 dəfə artmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 07.02.2019-cu il tarixli Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1 tarxinə bütün növ əmək pensiyalarının sığorta hissəsini artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcəkdir. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, mərkəzində daima azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmişdir və bu uğurlu siyasət daima davam edəcəkdir.