Modern.az

Rusiyada azərbaycanlı sahibkar öldü

Rusiyada azərbaycanlı sahibkar öldü

Aktual

9 Fevral 2019, 11:56

Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar Barnaul şəhərindəki həbsxanalardan birində dünyasını dəyişib.

 

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, əslən Salyan rayonundan olan 59 yaşlı Şahin Nəriman oğlu Səfərov 1990-cı illərdən Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansiysk vilayətinə köçmüşdü. Tikinti materiallarının biznesi ilə məşğul olurdu və istehsal müəssisələri üçün iş geyimləri tikən fabrikin sahibi idi. Son zamanlar biznesi iflas olan Şahin Səfərov 2007-ci ildə həbs olunaraq qaçaqmalçılıq ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, artıq həbs müddətini geridə qoymuşdu. Qohumlarının dediyinə görə, Şahin Səfərovun cəmisi 10 gündən sonra azadlığa çıxmasına qəfil ürək çatışmazlığı imkan verməyib. O, həbsxanada dünyasını dəyişib.

 

Mərhum Şahin Səfərovun cənazəsi Azərbaycana gətirilərək ata yurdu olan Salyan rayonunda torpağa tapşırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı