Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilmiş Rüstəm Xəlilov seçiciləri ilə görüşüb.
Modern.az-ın məlumatına görə, görüşdə R.Xəlilov ona ünvanlanan sualları cavablandırıb və seçiciləri narahat edən məsələləri dinləyib.
R.Xəlilov müraciət olunan məsələlərlə bağlı müzakirələr aparıb, bir sıra məsələlər yerindəcə həll edilib, müvafiq dövlət qurumlarına təqdim edilmək üçün onlardan ərizələr qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verib.
Deputat bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələnin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq.
Sabirabad rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən söz açan deputat rayon ərazisində böyük abadlıq işlərinin görüldüyünü, bir çox sosial yonümlü problemlərin tam şəkildə aradan qaldırıldığını qeyd edib. O, bildirib ki, Prezident İlham Əliyev ölkə vətəndaşlarına daima xüsusi diqqət və qayğı göstərir. Rüstəm Xəlilov vurğulayıb ki, rayonda görülən bütün işlər də məhz Prezident İlham Əliyevin Sabirabada göstərdiyi diqqət və qayğının nəticəsidir.
Seçicilər göstərilən diqqətə görə Prezidentə və millət vəkilinə təşəkkürlərini bildiriblər və hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Onlar qeyd ediblər ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə başçsının tapşırığına əsasən ardıcıl addımlar atılır. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasət sahəsində atdığı addımları daim dəstəkləyir.