Modern.az

Londonda təyyarə güclü küləyə görə enə bilmədi

Londonda təyyarə güclü küləyə görə enə bilmədi

Aktual

9 Fevral 2019, 12:39

Böyük Britaniyanın paytaxtı Londonun Hitrou hava limanında təyyarə güclü qasırğa səbəbindən eniş edə bilməyib.

 

Pilotlar təyyarəni endirmək istəsələr də, dərhal yenidən havaya qaldırmalı olublar.

“British Airways” aviaşirkətinə məxsus təyyarə aeroport üzərində bir neçə dövrə vurmalı olub və külək nisbətən səngidikdən sonra eniş edib. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

 

Trend xatırladır ki, Böyük Britaniyada həftəsonu "Erik" qasırğası tüğyan edir. Bəzi regionlarda küləyin sürəti saatda 110 kilometrə çatır.

 

virtualaz.org

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı