Modern.az

Kamilə Əliyeva seçicilərini qəbul edib - FOTOLAR

Kamilə Əliyeva seçicilərini qəbul edib - FOTOLAR

Aktual

9 Fevral 2019, 13:20

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva  Zaqatala şəhərində yerləşən deputat ofisində seçiciləri qəbul edib və kəndlərdə bir sıra görüşlər keçirib.

 

Bu görüşlər Zaqatala rayonunun Üçüncü Tala və Danaçı kəndlərində, Balakən rayonunda isə Katex, Mahamalar və Hənfə kəndlərində keçirilmişdir. Görşlərdə seçicilərə, vətəndaşların rifah halının yüksəldilməsi üçün dövlət tərəfindən görülmüş işlər barədə məlumat verilmişdir. Cənab prezident İlham Əliyevin Azərbaycan vətəndaşına diqqəti və qayğısını  heç bir zaman əsirgəmədiyini seçicilərin nəzərinə çatdırdı. Eyni zamanda cənab prezidentin  vətəndaşların  sosial yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində verdiyi sərəncamlar və buna müvafiq qəbul edilmiş qərarlar haqqında görüşlərdə  ətraflı məlumat verilmişdir.

 

Sonra görüşlərdə seçicilərin şifahi və yazılı müraciətlərinə baxılmışdır. Onların bəziləri yerində həll edilmiş , bəziləri isə həll edilməsi məqsədi ilə aidiyyəti orqanlara çatdırılacağı bildirilmişdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı