Türkiyə Cumhuriyyəti Böyük Millət Məclisinin Sədri Binali Yıldırım Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının hər birinə şəxsi məktub göndərərək Azərbaycan Cumhuriyyətinin və Parlamentinin yaranmasının 100 illik yubileyi münasibəti təbrik edib.
Modern.az-ın məlumatına görə, məktubda o iki dövətin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarindan inam və güvənc duyduğunu və bir-birimizin varlığımıza güc verdiyinə inandığını bildirib.
Türkiyə Böyük Millət Məclisinin rəhbəri eyni zamanda Türkiyə Parlamentinin xüsusi olaraq Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr edilərək buraxılan xatırə türk lirəsini Azərbaycan Respublikası Milli Məclisinin hər bir deputatına göndərib.