Modern.az

Fransada “sarı jiletlər” aksiyasının 13-cü aktı başladı

Fransada “sarı jiletlər” aksiyasının 13-cü aktı başladı

Aktual

9 Fevral 2019, 16:27

Fransada “sarı jiletlər” etiraz aksiyasının 13-cü aktı başlayıb.

 

AzərTAc xəbər verir ki, artıq 13-cü həftədir etiraz nümayişinə çıxan aksiyaçılar bu gün Parisin Yelisey çölləri prospektində “Ulduz” meydanına toplaşırlar. Nümayişçilər Zəfər Tağı qarşısında toplaşacaq və Eyfel Qülləsi qarşısındakı Mars çölləri bağına qədər yürüş edəcəklər. Onlar prezident Emmanüel Makronun istefasını və V Respublikanın buraxılmasını tələb edirlər. Nümayişçilər sosial şəbəkələr vasitəsilə axsam saat 17:00-dan sonra Respublika meydanında 3-cü “sarı gecə” aktına dəvət olunurlar.

 

Qeyd edək ki, ötən həftə Fransanın Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) və “sarı jiletlər” birlikdə aksiya keçiriblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı