Modern.az

Azərbaycan karateçiləri Avropa çempionatında 3-cü qızıl medalı qazandı

Azərbaycan karateçiləri Avropa çempionatında 3-cü qızıl medalı qazandı

Aktual

9 Fevral 2019, 23:48

Azərbaycan idmançıları növbəti uğurunu qazanıb. Modern.az xəbər verir ki, Danimarkanın Aalborq şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci qitə çempionatında karate üzrə Azərbaycan yığma komandası daha bir qızıl medal qazanıb. Bu dəfə komandanın aktivinə qızıl medalı Əminağa Quliyev yazdırıb. Keçirdiyi beş görüşdə rəqiblərə cəmi bir xal verən Ə.Quliyev (61 kq) 16-17 yaşlı gənclər arasında qitə çempionu olub. Bununla da Azərbaycan karateçilərinin Avropa çempionatında qazandıqları qızıl medalların sayı üçə çatıb.

 

Ondan bir gün əvvəl isə R.Heydərov (kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) qızıl, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) isə bürünc medal qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı