Modern.az

Efiyopiyada təyyarə qəzası: Ölən və yaralananlar var

Efiyopiyada təyyarə qəzası: Ölən və yaralananlar var

Aktual

10 Fevral 2019, 10:43

Efiopiyanın Hərbi Hava Qüvvələrinin Sudanın Cənubi Sudanla sərhədindəki Abey mübahisəli ərazisinin Kaduqli şəhərinə uçan vertolyotu qəzaya uğrayıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı vertolyotda 23 nəfər olub. Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan 3-üağır vəziyyətdədir.

Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.

 

Daha əvvəl Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı korrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz