Modern.az

İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik edib

İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik edib

Aktual

11 Fevral 2019, 17:09

Prezident İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Bukele, El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...