Modern.az

Baş nazir növbədənkənar seçki keçirir

Baş nazir növbədənkənar seçki keçirir

Aktual

11 Fevral 2019, 21:58

İspaniyanın Baş naziri Pedro Sançes mayın 26-na nəzərdə tutulan muxtar qurumlara, bələdiyyə və Avropa hakimiyyət orqanlarına seçkilərdən ay yarım əvvəl - aprelin 14-də ümumxalq seçkiləri keçirmək niyyətindədir. Modern.az “EFE” xəbərlər agentliyinə istinadən xəbər verir ki, əgər seçkilər həqiqətən aprelin 14-nə təyin edilsə, onda Baş nazir Pedro Sançesin parlamenti fevralın 19-na kimi buraxmaq üçün cəmi 8 gün vaxtı var.

Belə ki, qanuna görə, seçkilər elan edildiyi vaxtdan 54 gündən gec olmayaraq təşkil edilməlidir.

 

Baş nazirin bəyanatı fevralın 10-da Madriddə on minlərlə insanın iştirak etdiyi mitinqdən sonra səslənib. Xatırladaq ki, mitinq iştirakçıları ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və növbədənkənar seçkilərin təşkil olunmasını tələb ediblər.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!