Modern.az

Şamaxıda 5 metrlik vulkan püskürdü

Şamaxıda 5 metrlik vulkan püskürdü

Aktual

13 Fevral 2019, 09:13

Şamaxı rayonunda vulkan püskürüb.

Bu barədə Modern.az-a Şamax rayon İcra Hakimiyyətindən bildirilib.

Vulkan Quşçu kəndi ərazisində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb"-deyə qeyd olunub. 

Hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!