Modern.az

Sabunçuda ev yandı

Sabunçuda ev yandı

Aktual

15 Fevral 2019, 16:00

Bakının Sabunçu rayonunda ümumi sahəsi 170 kv.m olan ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 15 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı