Modern.az

SOCAR-ın işçisi dənizə düşərək öldü

SOCAR-ın işçisi dənizə düşərək öldü

Aktual

15 Fevral 2019, 17:47

MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

SOCAR-dan Modern.az-a verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı