15 fevral 2019-cu il tarixdə deputat Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.
Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhər Mədəniyyət Mərkəzində “Rayonun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağında iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Mədəniyyət Mərkəzinin foyesindəki sərgiyə baxış keçirilib.
Deputat Novruz Aslanov çıxışında hesabat dövründə rayonda görülən işlər, qanunvericilik sahəsindəki yeniliklər, bölgələrdə həyata keçirilən layihələr və deputatlıq fəaliyyəti barədə yığıncaq iştirakçılarına məlumat verib.