Modern.az

“Discovery Azerbaijan” jurnalının yeni sayı işıq üzü görüb

“Discovery Azerbaijan” jurnalının yeni sayı işıq üzü görüb

Aktual

18 Fevral 2019, 14:00

“Discovery Azerbaijan” jurnalının yeni sayı çapdan çıxıb. Jurnalın yeni nömrəsində istər yerli əhalinin, istərsə də turistlərin sevimli səyahət nöqtələrindən olan Şəkinin qarlı qış günlərindən söz açılır.

 

Modern.az xəbər verir ki, özünü vəzifəsi və titulları ilə deyil, sadəcə adı ilə təqdim etməyi sevdiyini deyən, Milli Məclisə Şəkidən seçilən deputat Əli Məsimlinin doğma rayonu ilə bağlı xatirələri də  jurnalda yer alıb. Uzaq Afrika ellərindən çəkib sosial şəbəkələrdə paylaşdığı şəkilləri ilə çoxlarının tanıdığı fotoqraf-səyyah Arif Ələkbərin Afrika macəraları da yeni sayda öz əksini tapıb.

Jurnalda 51 il əvvəl ekranlaşdırılan, bu gün də sevilərək izlənən, nə az, nə çox düz 5 mükafat alan “Uşaqlığın son gecəsi” filminin kadrarxasına da səyahət edilir. Qədimliyini, koloritini hələ də qoruyan və “qonaq” qəbul edən, "bu günün oteli" sayılan karvansaralardan kimlərin gəlib-keçdiyi də jurnalın yeni sayında araşdırılıb.

Üç dinin yarandığı, rəngarəngliyi, təzadları ilə seçilən bir şəhərə - Təl-Əvivə virtual səyahət də jurnalın yeni sayının əsas mövzularındandır. Azərbaycanı qarış-qarış gəzməkdən yorulmayan İsrailin Azərbaycandakı  fövqəladə və səlahiyyətli  səfiri Dan Stavın ölkəmiz barədə fikirləri də jurnalın yeni sayında işıq üzü görüb.

Şaxtanı və soyuğu əyləncəyə çevirənlər üçün konkisürmə və onun tarixi, eləcə də bu maraqlı hobbi ilə məşğul olmaq istəyənləri maraqlandıran suallar jurnalın yeni sayında cavablandırıb.

“Və qapılar bağlanır, növbəti stansiya...” 9 ilin maşinisti Səmimi İsrafilovla “yer altına” virtual səyahət etmək necə fikirdir? Bu virtual səyahəti də “Discovery Azerbaijan” jurnalının yeni nömrəsi ilə reallaşdıra bilərsiniz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı