“Cənab Prezident seçkiləri udduqdan sonra islahatlarla bağlı ciddi addımlar atır. Son dövrlərdə cənab Prezidentin birbaşa tapşırığı ilə bir sıra strukturlarda ciddi islahatlar həyata keçirilir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, təkcə gömrük islahatları nəticəsində dövlət büdcəsinə 1,2 milyard əlavə vəsait daxil edilib.
Deputat həmçinin Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını da təqdir etdi və fəaliyyətini yüksək qiymətləndirdi.
“Amma qurumla bağlı yayılan məlumatlardan narahatam. Bu agentliklə bağlı yayılan məlumatları araşdırsaq, məlum olar ki, bunların arxasında “leş mafiyası” durur”.
Deputat mətbuata da müraciət edib “Mətbuatdakı dostlardan xahiş edirəm, bu cür yazıları yazanda diqqətli olsunlar. Çünki bu cür yazıların arxasında müəyyən mafioz qüvvələr, onların şəxsi maraqları dayanır”.
Mail Ağaxanov