Modern.az

Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü

Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü

Aktual

20 Fevral 2019, 13:04

Bakıda nənə və nəvə dəm qazından boğulub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki , hadisə dünən Nərimanov rayonu, Məmməd Araz küçəsi 52 ünvanında baş verib.

Belə ki, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlu yaşadıqları mənzilin mətbəx otağında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə  hüquq-mühafizə orqanları əməkdaşları gəlib və meyitlərə baxış keçirilib. Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı