Modern.az

Qarabağa dair ictimai dinləmə keçiriləcək

Qarabağa dair ictimai dinləmə keçiriləcək

Aktual

22 Fevral 2019, 12:00

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Qarabağa dair ictimai dinləmə keçirəcək.

Modern.az-ın xəbərinə görə, bu barədə ADR-in sədri Qubad İbadoğlu bildirib. O qeyd edib ki, dinləmə sabah baş tutacaq:

"Qarabağın taleyi ilə bağlı son danışıqların, “sülhə hazırlama” prosesinin detallarının gizli saxlanmasının Azərbaycan ictimai fikrində çaşqınlıq yaratdığını, həmsədrlərin və Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) açıqlamalarının arxasında dayanan qaranlıq və şübhəli məqamların artdığını nəzərə alaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sabah saat 12-də ictimai dinləmə keçirir. Bu, Qanun Nəşriyyatının konfrans zalında baş tutacaq. Ekspertlər, konfiktoloqlar, ziyalılar, XİN, Dağlıq Qarabağın Azərbaycan icması da dəvətlilər sırasındadır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı