Modern.az

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı mühüm sənədi təsdiqlədi

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı mühüm sənədi təsdiqlədi

Aktual

22 Fevral 2019, 13:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokolu təsdiq edib.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, protokolun məqsədi hərbi tibb təhsili, hərbi təlim və elm sahələrində səlahiyyətli orqanların cavabdehlikləri çərçivəsində tərəflərin riayət etməli olacaqları əsasları müəyyənləşdirmək və əməkdaşlığı inkişaf etdirməkdir.

Sənəd həmin sahələrdə şəxsi heyət, material, təchizat, məlumat və təcrübə mübadiləsini əhatə edir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı