Modern.az

Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü

Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü

Aktual

22 Fevral 2019, 14:44

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov “Koroğlu” metrosundan “1 manatlıq” taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

 

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketdə işləyirmiş.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı